Xumar Qədimova - Bir addım qalıb şarkı kapağı
Şarkı

Xumar Qədimova - Bir addım qalıb Mahnı Sözləri

Xumar Qədimova

Bugün 1 85 görüntülenme · bugün 1 0 yorum

Bir addım qalıb Şarkı Sözleri

Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.

Məcnun dərs oxuyub- kitabı Leyli,
Məcnun dərdə düşüb- əzabı Leyli,
Məcnun sərxoş olub- şərabı Leyli,
Dəli olmağıma bir addım qalıb.

Gülməsin bu halda məni görənlər,
Gül çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.

İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.

Son güncelleme: · Sözlerde hata mı gördün? Yorumlarda belirt

Bir addım qalıb hakkında

Paylaş

Yorumlar

Sohbeti başlat

Henüz yorum yok

Bu şarkı hakkındaki ilk yorumu sen yaz.

Yorum yaz