Şöhrət Məmmədov - Yazıq Üreyim şarkı kapağı
Şarkı

Şöhrət Məmmədov - Yazıq Üreyim Mahnı Sözləri

Şöhrət Məmmədov

Bugün 2 47 görüntülenme · bugün 2 0 yorum

Yazıq Üreyim Şarkı Sözleri

Bax, səni mənlə bilir ürəyim,
Gəl, gec olmadan gəl.
Sus, elə sənlə vurur ürəyim,
Yerin dolmadan gəl.

Yazıq ürəyim vurmur daha, yorğundur,
Bu, başıma gələn ən dözülməz ağrımdır.
Acılarım öldürməz məni, qorxumdur,
Bilmirəm ki, yanlışım ya doğrumdur.

Yazıq ürəyim vurmur daha, yorğundur,
Bu, başıma gələn ən dözülməz ağrımdır.
Ya məni yaşat, sevgin yenə etsin ram,
Ya gözlərindən sal məni, olsun tam.

O ürək cəsarətini hardan alıb?
Salıb illərdir ki, qəlbimə sağalmayan yara.
Ağlım səndə qalıb, nə edim?
Amma sən ona qoşulub gedirsən hara?

Yazıq ürəyim vurmur daha, yorğundur,
Bu, başıma gələn ən dözülməz ağrımdır.
Acılarım öldürməz məni, qorxumdur,
Bilmirəm ki, yanlışım ya doğrumdur.

Yazıq ürəyim vurmur daha, yorğundur,
Bu, başıma gələn ən dözülməz ağrımdır.
Ya məni yaşat, sevgin yenə etsin ram,
Ya gözlərindən sal məni, olsun tam.

Son güncelleme: · Sözlerde hata mı gördün? Yorumlarda belirt

Yazıq Üreyim hakkında

Şöhrət Məmmədov - Yazıq Üreyim 05 Mart 2026 tarihinde eklenen bu şarkı sözü şu ana kadar 47 kez görüntülendi. Sayfada video klibine de ulaşabilirsiniz.

Şarkı
Yazıq Üreyim
Dil
Azerbaycan Türkçesi
Sitemize eklenme
Son güncelleme

Paylaş

Yorumlar

Sohbeti başlat

Henüz yorum yok

Bu şarkı hakkındaki ilk yorumu sen yaz.

Yorum yaz