Şöhrət Məmmədov - İlahi şarkı kapağı
Şarkı

Şöhrət Məmmədov - İlahi Mahnı Sözləri

Şöhrət Məmmədov

Bugün 2 92 görüntülenme · bugün 2 0 yorum

İlahi Şarkı Sözleri

Hərə bir tərəiqət məzhəb düzəldər
Dinlər yaradarlar axı nə qədər
Çətin ki, qəflətdən oyansın bəşər
Qurtar bu bəladan bizi İlahi

Nələrə tapındıq biz neçə zaman
Hər qapı boş ümid hər addım yalan
Nə qədər rəvayət nə qədər yalan
Göstər bir hidayət izi İlahi

Tapılmır min ildir doğru bir cavab
Səngimir bir yandan məzluma əzab
Hərənin əlində səmavi kitab
Əməli fitnədir sözü İlahi

Sonumuz noları olmasaydı
Təkliyin hər kəsə bəs eliyərdi
Kaş səni düşünüb hər an hər insan
Allah pıçıldayıb səs eliyərdi

Rep
Qulaq eşidir, duymur gerçəyi
Gözüm açıq amma görmür heçnəyi
Yol daş, kol ayağım yorğun
Necə əl bilsin doğrunu seçməyi?

Kimyalar dadıram ləziz
Havam zəhər, ciyərim qəliz
Hər yediyim qana qarışırsa, de
Necə qalsın qəlbim təmiz?

Cismim kir, ruhum xəstə
Hislər ölür, doğulmur təzədən
Barmaqlar tutmur qələmi daha
Necə yazsın sağlam bəstə?

Ədalətin çərxidir xarab
Bu da əqlimə çəkdirir əzab
Nə qədər var oğruluq, yalan
Dilim deməz doğru bir cavab

Muğam
Bizə Rəhmin gəlsin Xuda
Bizdən üzmü döndərmisən?
Şikayətim var ey dünya.
Bizi hara göndərmisən?

Son güncelleme: · Sözlerde hata mı gördün? Yorumlarda belirt

İlahi hakkında

Şöhrət Məmmədov - İlahi 03 Temmuz 2025 tarihinde eklenen bu şarkı sözü şu ana kadar 92 kez görüntülendi. Sayfada video klibine de ulaşabilirsiniz.

Şarkı
İlahi
Dil
Azerbaycan Türkçesi
Sitemize eklenme
Son güncelleme

Paylaş

Yorumlar

Sohbeti başlat

Henüz yorum yok

Bu şarkı hakkındaki ilk yorumu sen yaz.

Yorum yaz