
Qaraqan - Səhralara Küllərimi Mahnı Sözləri
Hamı seçir düz yolu, mənim seçdiyim yollar bir az fərqliKələ-kötür, bir az çöllük, bir az səhra bir az çətin
Dəli illər elə bil film, məni çəkən de nə çəkir
Həyatım dərs, həyatım şou, həyatım döyüş, həyatım rinq
Həyatım prime, well done steak
Qaraqan – true, Qaraqan – fake
İçi dolu qara həyatım squid, içi dolu qan, həyatım game
Yarı Batman, yarı Bruce Wayne
Yarı Compton, yarı Bəhreyn
Gəlirəm gec elə bir Jesus, gedəcəm tez Kurt Cobain
Səhralara üfürün küllərimi
Olmasın yer qoya güllərini
Sağ olarkən mənə düşmən kəsilənlər
Göz yaşları göstəridir, fake
Səhralara üfürün küllərimi
Olmasın yer qoya güllərini
Sağ olarkən mənə düşmən kəsilənlər
Göz yaşları göstəridir, fake
Fake insanlar sərgisi, bütün dünya Vogue dərgisi
Oxudum neçə cildin, bildim bu ilanın çox dərisi
Bu ilanların fəsadları, kökü bir, bir əcdadları
Bəlkə sevgi əridər dedim, buz qəlblərdəki çatları
Yox
Qanadlarım, bu uçuruma enmək üçün
İçinizdəki səbəblərə, günahları silmək üçün
Artıq hazıram getməkçün
Amma son dəfə gülməkçün
Qalacam buralarda bir az
Buraları məhv etmək üçün
Yox
Səhralara üfürün küllərimi
Olmasın yer qoya güllərini
Sağ olarkən mənə düşmən kəsilənlər
Göz yaşları göstəridir, fake
Səhralara üfürün küllərimi
Olmasın yer qoya güllərini
Sağ olarkən mənə düşmən kəsilənlər
Göz yaşları göstəridir, fake