Qaraqan - Mərcan Ağacı şarkı kapağı
Şarkı

Qaraqan - Mərcan Ağacı Mahnı Sözləri

Qaraqan

Bugün 1 81 görüntülenme · bugün 1 0 yorum

Mərcan Ağacı Şarkı Sözleri

Doğma olsa da səsim
Aldanma küyə, biz səninlə tanış deyilik
Mən yoldaşı heç kəsin
Yolum elə uzun bir neçə ömürdü gedirəm

Yaranır yeni yaratıq
İçim qırx otaq, qırx qapı — hər birində div yatır
Çıxart pencəyini isti olacaq
Məlikməmmədin quyusuna enirik

Ruhdan düşmüşlərə həb ruhu zamanın
Yağış olum bağrına quru Aranın
Olum haramın, olum qadağanın
Uzaq qəribin, qəribə adamın, səsi Yaradanın

Sanki dumana qarşı işıqları faranın
Yolun azanda karvanın olum sarvanın
Mən yuxusuyam Brahmanın
Babilin qapılarındakı aslanlar üzür boynun Daranın

Mənim içimdə
Yeddi Gözəl, Oniki Boy, Qırx Şikəstə, İyirmi Soy
Mənim içimdə
Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı
Çənlibeldə bu gün toy
Hoydu dəlilərim, hoydu!
Qırx qazan yedi doydu!
Qaçaq qulduru soydu!
Hasan gözlərin oydu!
Yazdı Tanrı, oxudu tar
Pəncəm əlcək oldu dar
Çəkdi nərə Gəncə, qorxdu çar
Kür qırağın əcəb seyrangahı var
Xarı bülbülün səsi
Sirrlərin xəzinəsi
Hər yükün öz Fitnəsi
Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb
Birləşdi Kürlə Araz
Köhnə nəsil, yeni nəsil
Mənim içimdə
Leyli Məcnunun yanında
Kərəm Əslinin yanında
Müşfiq dincəlir bağında
Rövşən Misrinin yanında
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran
Yanar dağ Zərdüştü yandıran

Bir çomaq Bəhr-əl-Əhmarı ayıran
Yanan kol həqiqəti bağıran

Xeyir ilə Şərin
Doğru yalan arası yer var, orda görüşək
Atəşböcəyi təkin od vura zəmilərə söz közü
Sükut alışa, aşıq alıb sazın danışar
Yeniçəri tanır atasını barışar
Canım Mərcan Ağacı, uzaqlaşdıqca budaqlarım kökümdən Yarpaqlarım öz qanıma qarışar

Mənim içimdə
Yeddi Gözəl, Oniki Boy, Qırx Şikəstə, İyirmi Soy
Mənim içimdə
Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı
Çənlibeldə bu gün toy
Hoydu dəlilərim, hoydu!
Qırx qazan yedi doydu!
Qaçaq qulduru soydu!
Hasan gözlərin oydu!
Yazdı Tanrı, oxudu tar
Pəncəm əlcək oldu dar
Çəkdi nərə Gəncə, qorxdu çar
Kür qırağın əcəb seyrangahı var
Xarı bülbülün səsi
Sirrlərin xəzinəsi
Hər yükün öz Fitnəsi
Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb
Birləşdi Kürlə Araz
Köhnə nəsil, yeni nəsil
Mənim içimdə
Leyli Məcnunun yanında
Kərəm Əslinin yanında
Müşfiq dincəlir bağında
Rövşən Misrinin yanında
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran
Yanar dağ Zərdüştü yandıran

Son güncelleme: · Sözlerde hata mı gördün? Yorumlarda belirt

Mərcan Ağacı hakkında

Qaraqan - Mərcan Ağacı 13 Nisan 2024 tarihinde eklenen bu şarkı sözü şu ana kadar 81 kez görüntülendi. Sayfada video klibine de ulaşabilirsiniz.

Sanatçı
Qaraqan
Şarkı
Mərcan Ağacı
Dil
Azerbaycan Türkçesi
Sitemize eklenme
Son güncelleme

Paylaş

Yorumlar

Sohbeti başlat

Henüz yorum yok

Bu şarkı hakkındaki ilk yorumu sen yaz.

Yorum yaz