
Orkhan Zeynalli feat. Nargis Majidli - Həyat Oyunu Mahnı Sözləri
[Bənd 1: Nargis Majidli]Tutulmamış sözlər
Yaşı qurumuş gözlər
Bir balaca qorxur ürəyin sevgidən
Seçimlərin yanlış
Yolun səhv yerə azmış
Anla, ibarət deyil həyat sərgidən
[Keçid: Nargis Majidli]
Onsuz, xəyalların artıq suya düşüb
Yadında o gün mənlə danışıb, gülüb
Sənsizliyi ürəyimə ötürüb
İndi ki yoxsan
(İndi ki yoxsan)
[Nəqərat: Nargis Majidli]
Həyat vurub yıxır, sonra da deyir
“Qalx görüm, hardasan?”
Duyğularımın qənimi
Gözlər durub baxır sonlara doğru
Bir dəfə ağlasa, damlalar isidər əlimi
Sevgi elə bir şeydir, uğruna biz bircə an yanmasaq
Buz kimi dondurar ürəyi
Adını tənhalıq qoyub qapıları bir gün bağlasam
Bu həyat oyunu bitərmi?
[Bənd 2: Orkhan Zeynalli]
Onun ürəyindəki qorxu
Sevgilərə gedən yolların
Daha asanı yoxmu?
Qulaq asan olmur
Sevgi bərəkətdir, ürəyi tez doyur
Gözlər ac olanda, amma masa dolmur
Ruhunu satın almaq
Ruhumu satıram bax
Xoşbəxtliyimizin cərəyanı yüksək
Qürurumu isladıram, tax
Dünənimi sənləmi böldüm?
Sabahımın açarını gizlətmisən harada?
Əlinə düşən hər anı məhv edən sevgililərdən
Yox daha pis adamlar
Deyir “canım, balım”
Qədəhə süzüb sonra içir qanın
Qalmayıb qiyməti nə insanın
Nə verilən vədlərin, nə vicdanın
[Nəqərat: Nargis Majidli]
Həyat vurub yıxır, sonra da deyir
“Qalx görüm, hardasan?”
Duyğularımın qənimi
Gözlər durub baxır sonlara doğru
Bir dəfə ağlasa, damlalar isidər əlimi
Sevgi elə bir şeydir, uğruna biz bircə an yanmasaq
Buz kimi dondurar ürəyi
Adını tənhalıq qoyub qapıları bir gün bağlasam
Bu həyat oyunu bitərmi?